Osteoxondroz necə xəstəlikdir?
OSTEOXONDROZ xəstəliyi xalq arasında boyun kirənclənməsi (duzlaşması) kimi tanınan bir tibbi patalogiyadır.
Boyun Osteoxondrozu zamanı boyun diskləri arası məsafənin, disklərin elastikliyinin azalmasına, disklərin yuxarıdakı səbəblərlə əlaqədar sürüşərək ətrafındakı sinir və damarlara təzyiq etməsinə və nəticədə ciddi ağrılara səbəb olur.
Disklərin degenerasiyasi zamanı əvvəlcə fibroz həlqədə çatışmazlıqlar yaranmaqla, pulpoz nüvə öz konfiqurasiyasini dəyişərək sürüşərəkdən qabarıqlaşır ki, buna protruziya deyilir. Protruziya da öz növbəsində ərtafından keçən sinir və damarlara təzyiq edərək müxtəlif kliniki əlamətlər verir. Protruziyalar vaxtında müalicə olunmadıqda tədricən fibroz həlqənin tamlığı pozulmağı davam edir ki, bu halda pulpoz nüvə həmin defektdən sürüşərək və ya qopub ayrılaraq disk yırtığını əmələ gətirmiş olur. Boyun osteoxondrozunun (kirəclənməsinin) əsas əlamətləri nələrdir?
Əlamətlər adətən özünü 18 yaşdan etibarən göstərəbilir və xəstəliyin əlamətlərinin (simptomların) biruzə vermə ehtimalı yaş artdıqca daha çox artır. 50 yaşından sonra bir xeyli dərəcədə ciddi simptomlar meydana gəlir və hərəkət dayaq problemləri yaratmağa başlayır. Osteoxondroz kimi servikal spondilozlu xəstələrin çoxu konservativ (əməliyyatsız) müalicə metodları ilə yaxşılaşırlar. Belə ki, boyun osteoxondrozu zamanı digər tiplərə nisbətən daha qısa müddətə daha çox müsbət nəticələr alına bilir. Müalicə metodları əsasən; xəstəni məlumatlandırma, boyun korseti, fizioterapiya və dərman müalicələridir. Müalicəvi masajlardan da istifadə olunur, nadir hallarda cərrahi müdaxilə uygulanır.
Əsas görünən əlamətləri:
- boyun ağrısı
- baş ağrısı
- qol ağrısı
- əllərdə uyuşma- keylik
- əzələ spazmı
- həssasiyyət və hərəkət məhdudluğudur.