Ana səhifə Xəbərlər
Xəbərlər
“Ən Yaxşı Tibbi Təcrübə” layihəsi mövzusunda konfrans
“Ən Yaxşı Tibbi Təcrübə” layihəsi mövzusunda konfrans

Bakıda “Ən Yaxşı Tibbi Təcrübə” layihəsi mövzusunda konfrans (Belçika–Böyük Britaniya)


Hörmətli həmkarlar! Hər birinizi Avropa Tibb Assosiasiyası və tərəfdaşlarının təşkilatçılığı ilə Bakıda keçiriləcək konfransda bizə qoşulmağa dəvət edirik. Konfrans 18-22 mart 2020-ci il tarixlərində VİP Milan Hospitalda keçiriləcək. Konfransda siz insan sağlamlığının yaxşılaşdırılması və müalicə üsulları ilə tanış ola, öz fikirlərinizi bölüşə, master-klasslar keçirə, əməkdaşlıq müqavilələri bağlaya, respublikanın müalicəvi təbiəti və tarixi yerləri ilə tanış ola biləcəksiniz. Zəngin, canlı bir proqram və özünəməxsus Qafqaz qonaqpərvərliyindən zövq alacaqsınız. Sizi gözləyirik!

“Tibbi turizm və sağlamlığın inkişafı: İnnovativ Azərbaycan"
Tibbi mərkəz, klinika və rekreasyonal müəssisələrin rəhbərləri, təcrübədə olan həkimlər, alimlər, psixoloqlar, tibbi turizm mütəxəssisləri üçün

Tarix: 19-21 Mart 2020
Məkan: Azərbaycan, Bakı
Təşkilatçılar:
  • Avropa Biznes Assembleyası (Böyük Britaniya)
  • Avropa Tibb Assosiasiyası (Belçika)
  • VİP Milan Hospital (Azərbaycan)
  • Beynəlxalq Səhiyyə Mütəxəssisləri Assosiasiyası
  • Ukrayna Xalq Təbabəti Mütəxəssislərinin Assosiasiyası
  • Azərbaycan Təhsil Nazirliyi Təhsil İnstitutu

Konfransın gündəliyi: Akademik debat. Avropa Tibb Assosiasiyasının fəaliyyətlərinin və “Ən Yaxşı Tibbi Təcrübə” layihəsinin təqdimatı. İştirakçıların Avropa Tibb Assosiasiyasının Prezidenti tərəfindən rəsmi qəbulu. Əməkdaşlıq və ən yaxşı tibb mərkəzləri, klinika və təhsil müəssisələrinin iş metodları, həmçinin yerli təbiətin unikal rekreasyonal imkanları ilə bağlı təkliflər. Ən yaxşı tibbi praktikantların ATA üzvlüyünə qəbulu proseduru. Müxtəlif ölkələrdən olan aparıcı tibbi sağlamlıq mütəxəssisləri tərəfindən keçirilən master-klasslar.
WhatsApp chat

Copyright © 2017 | Bütün hüquqları «Milan Medical» Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir | Site by "OKmedia"